Şou-biznes

Ulduzlarımız sosial şəbəkədə nə ilə təccübləndirdilər? - FOTOSESSİYA

22 Oktyabr 2012 10:38
0 Şərh     Baxış: 1 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
1. Bir müddətdən sonra teleməkanda yeni serial başlayır. "Bir kəndin sevinci"ndə bir çox tanınmış adamlar yer alıblar.



2. Ötən həftə start götürən Bakı Caz festivalında bir çox əcnəbi və yerli musiqiçilərin çıxışı baş tutdu. Çingiz Mustafayev isə tanınmış gitara ifaçısı Mike Sternlə görüşdü.



3. Cazmen İsfar Sarabski də konsertə hazırlaşır. Pianoçunun konsertlərindən biri evsiz heyvanlara kömək məqsədilə təşkil olunub.



4. Heyvansevər ulduzlardan biri də "Eurovision" ulduzu Safura Əlizadədir. Müğənni iti Jorjetta ilə başına gələn maraqlı hadisəni dostlarına yazdı.



5. Röya isə xəzi çox sevir. Müğənni növbəti xəz-dəri reklamının çəkilişlərində.



6. Model Validə Abbasova da yeni fotosessiyası ilə gündəmə gəldi. Validə bu dəfə gözəllik sirlərindən danışdı.



7. Xalq artisti Flora Kərimova və stilist Nigar da gözəllik sirlərindən danışdılar. Bu dəfə onları Nanə görüşdürdü.



8. Moskvada keçirilən dəb həftəsində bizim ulduzlar da iştirak etdilər. Söhbət bir-biri ilə olduqca xoş vaxt keçirən Nura SuriAygün Rəhimovadan gedir.



9. Yeni imicdə artıq yeni klip də çəkdirən Natavan Həbibi isə konsert sonrası "Eurovision 2012"nin ən maraqlı iştirakçıları olan "Buranovskie babuşki" ilə görüşdü.



10. Teleaparıcılar İlkin Nanə tədbirlərdə də tez-tez bir araya gəlirlər.



11. Repçi Miri Yusif isə növbəti klipinin çəkilişlərinə başlayıb. Bu dəfə də Miri Yusif sevənləri fərqli iş gözləyir.



12. Müğənni Sevda Ələkbərzadə və qardaşı qızı Səidə. Ələkbərzadələrin müğənnilik sənətini davam etdirəcək qızcığaz sosial şəbəkələrdə bibiləri ilə tez-tez birgə görünür.



13.  "İlk dəfə Ankarada. Çox həyəcanlıyıq", - deyə Eldar Qasımov növbəti şəkli şərh etdi. "Eurovision 2011"in qalibləri konsert verdilər.



14. Ulduzlarımız sırasında əsgər gedənlər də var. Bu sırada müğənni Azad Şabanovu qeyd edə bilərik. Ötən həftə sənətçi fanatları ilə 1 ildən sonra görüşəcəyini bildirdi.



Aytac
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.