Şou-biznes

Tanınmış azərbaycanlı teleaparıcı qız atası olub

21 Oktyabr 2012 01:00
0 Şərh     Baxış: 2 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın məlumatına görə, bu günlərdə avtomobil qəzası keçirməsi şayiəsi ilə gündəmə gələn tanınmış teleaparıcı və şoumen Nəsib Nur həftələrdən bəri gizlətdiyi xoş xəbərlə yenidən özünü dilə-dişə saldı.

Əməkdaşımızla söhbəti zamanı Nəsib qız atası olduğunu nə üçün mediadan gizlətməsini belə şərh etdi: "Şəxsi həyatımın müzakirə olmasına tərəfdar deyiləm. Elə bu səbəbdən də yaxın keçmişdə olan toyuma az sayda jurnalist dostlarımı dəvət etmişdim ki, xəbər geniş şəkildə yayılmasın. İstəyimə çatdım da. Amma haqqımda son günlər yayılan şayiə özü vadar etdi kı, sentyabrın 3-də qızımın dünyaya gəlməsini sizə söyləyim. Əgər indi deməsəm, bir neçə aydan sonra yazarlar ki, uşağı övladlığa götürmüşük (gülür). Anası da, qızım da özlərini yaxşı hiss edirlər. Mən də doyunca atalıq xoşbəxtliyinin dadını çıxarıram".

Açıqlamasının sonunda N.Nur bildirdi ki, uzun sürən fasilədən sonra o, maraqlı layihəsi ilə tamaşaçıların görüşünə gəlmək tədarükü görür. Hazırlıqlar sona çatmadığı üçün o, indidən bu haqda ətraflı danışmaq istəmədi.
 
Şahin Cavadsoy
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.