Şou-biznes

Tarkanın yaxın dostu olan türk müğənni Bakıdadır - FOTOSESSİYA

20 Oktyabr 2012 12:47
0 Şərh     Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, tanınmış türkiyəli bəstəkar-müğənni Ümit Sayın ötən gecə  Azərbaycana gəlib. Məşhur qonağı Heydər Əliyev Beynəlxalq hava limanında səfərin əsas təşəbbüskarı müğənni Zarina Məmmədova ilə yanaşı, jurnalistlər də qarşılayıblar.

Məlumat üçün bildirək ki, Zarina ilə birgə duet oxuyub klip çəkdirdiyi "Kader utansın" mahnısına təqdimat etmək üçün Ü.Sayın qonağımızdır. Hədsiz səmimiyyət nümayiş etdirən sənətçi ünvanlanan sualları cavabsız qoymadı:

""Kader utansın" mahnısı illər öncə Aşkın Nur Yenginin ifasında səslənib.

Ancaq qeyd etmək lazımdır ki, Zarina Nur Yengidən daha yaxşı oxuyub. Zarina çox istedadlı xanımdır. Ondan özümə qarşı hər zaman, Türkiyədə də, Azərbaycanda da çox isti münasibət görmüşəm. Onunla duet oxuduğumdan məmnunam və ümid varam ki, hazırladığımız təqdimat yüksək səviyyədə keçiriləcək".

Sayın əminliklə vurğuladı ki, Zarinanın "Dəlilik" albomu Türkiyənin albom satışı mağazalarında hələ də dinləyicilərin axtardıqları CD-lər sırasındadır:

"Əsas - mətbuatda və efirlərdə parlamaq deyil. Ən əsası - öz adını qorumaqdır. Zarina da məhz belə müğənnilərdəndir. O, ilk addımlarından ən peşəkar və imzası olan insanlarla çalışmağa başladı. Mən əminəm ki, Zarina bundan sonra da çox böyük işlər görəcək".

Qonağı haqqında müğənni də maraqlı fikirlər səsləndirdi: "Ümit Sayın kimi bir peşəkarla çalışmaq mənim üçün böyük şərəfdir. Şadam ki, bu gün Ümit bəy mənim şəxsi qonağımdır.

Maksimum çalışacağam ki, bizimlə keçirdiyi bu 4 gün gözəl xatirələrlə yaddaşında qalsın. Onu şəhərimizin ən gözəl və tarixi məkanları ilə tanış etməyi də planlaşdırmışıq".

Türkiyəli sənətçi digər məşhur həmkarlarından da söz açdı. O, yaxın dostluq etdiyi Tarkanla yanaşı, bir neçə türk ulduzuna mahnı bəstələdiyini də dilə gətirdi.

Sənətçi şəxsi həyatı ilə bağlı sualları da cavabsız qoymadı: "Mən şəxsi həyatıma çox ciddi yanaşıram. Çalışıram ki, həyat yolunda güvəndiyim xanımla addımlayım. İllərdir sevdiyim xanım yanımdadır, ondan stimul, güc almaqdayam. Bir sözlə, münasibətlərdə dəyişikliyi sevmirəm".

Qeyd edək ki, Ümit Sayın paytaxtımıza məhz sevdiyi xanım, eyni zamanda meneceri ilə birgə təşrif buyurub.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
 














































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.