Şou-biznes

Xəyyam Nisanov Rəqsanə üçün həkim çağırdı

20 Oktyabr 2012 10:57
0 Şərh     Baxış: 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıya 3 günlük gəlib, yenidən Moskvada yarımçıq qalan işlərinin başına dönən Rəqsanə İsmayılovanın başına Moskvada iş gəlib. Anspress-in məlumatına görə, Bakıya qayıtmağına bir gün qalmış müğənni axşam saatlarında mətbəxdə iş görən zaman iti bıçaqlardan biri onun barmağını dərindən kəsir.

Qanı dayandıra bilməyən ailə üzvləri təlaş içində nə edəcəklərini bilməyiblər. Həmin vaxt Rəqsanəgildə qonaq olan müğənni Xəyyam Nisanov təcili yardımı yığır. Təcili yardım gələnə kimi çoxlu qan itirən sənətçinin əhvalı bir az pisləşib.

Bu barədə özü Anspress-ə danışıb: "Məni barmağımın dərin kəsilməsindən çox, qan itirməyim qorxutdu. Vəziyyətimi görən prodüserim Səbinə, qızım Aysun və evdəki digər xanımlar özlərini itirmişdilər. Yaxşı ki, Xəyyam bizdə idi. Cəld tərpənib köməyə təcili yardım çağırdı. Bu hadisədən sonra özümü bir necə gün pis hiss elədim. Yara o qədər dərin idi ki, barmağım qırıla da bilərdi", - deyən Rəqsanə Bakıya əli sarıqlı gəldiyini söylədi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.