Şou-biznes

Azərbaycanlı prodüser 3 yaşlı qızına dəyərli hədiyyə edib - FOTO

19 Oktyabr 2012 17:20
0 Şərh     Baxış: 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən tanınmış prodüser Təranə Səmədovanın qızı Suelin 3 yaşı tamam olub. Təranə tək balası olan Suelin ad gününü anası və sevdiyi şəxslə birgə keçirib.

SİA-ya açıqlama verən Səmədova kiçik də olsa, ad günü mərasiminə son anda, anasının təkidi ilə razılıq verib: "Qızımın 1 yaşını təmtəraqlı şəkildə qeyd etmişdim. Düzünü desəm, bir də 5 yaşını keçirməyi planlaşdırırdım. Ancaq anam kiçik də olsa, məclis düzənlədi.

Suelin çox istədiyi bir neçə "nənəsi",  yəni anamın rəfiqələri də gəlmişdi. Bir də çox sevdiyim şəxs yanımda idi".

"Qızınıza nə almısız?" sualına cavab verən prodüser ailə sirrinin də üstünü açdı: "Düşündük ki, gəlincik, geyim və bu kimi hədiyyələr çoxdur. Suelin gələcəyini fikirləşib, onun adına bank hesabı açdırdım. Orada olan məbləğ hər il artacaq və qızım 18 yaşına çatanda onu götürəcək".

Şəxsi həyatından söz açan prodüser xoşbəxt günlər yaşadığını deməkdən də çəkinmədi: "Sevgilim qızıma çox doğma münasibət bəsləyir.

Bunu Suelin ad günündə daha çox hiss etdim. Balamdan heç nə əsirgəməyən sevdiyim şəxs məni çox xoşbəxt edir. Şadam ki, məhz onun kimi insan qarşıma çıxıb. Suel də onu çox istəyir".

Sevgilisi ilə münasibətlərindən bizi agah edən Təranə tanışlıq tarixcəsinə də toxundu: "Artıq 2 ilə yaxındır bir yerdəyik.

Həyatımda heç vaxt belə böyük sevgi yaşamamışam. Onunla 8 mart tarixində tanış olmuşam. Bayram günündə mənə verdiyi gül ləçəkləri ilə "saqqızımı" oğurladı. Onu yaxından tanıdıqca, daha çox vuruldum.

Biz gələcəkdə ayrılsaq belə, bilirəm ki, düşmən olmarıq. Çünki həyatımın ən xoş günlərini məhz bu insanla yaşayıram. Mən onu heç bir addımında qınamaram".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.