Şou-biznes

"Adımın Rəqsanə ilə birlikdə çəkilməsindən utanıram"

19 Oktyabr 2012 16:59
0 Şərh     Baxış: 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın məlumatına görə, Fərid Azayev Day.Az saytına açıqlamasında bildirib ki, Rəqsanəyə qarşı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

"Nizami və Nərimanov rayon məhkəməsində bir neçə epizodla bağlı iddia qaldırılıb - kiməsə pul borcludur, kiminsə maşınını vurub və s. Bizə gəlincə, mən qardaşımla ona qarşı 200 min manat pulun mənimsənilməsi ilə bağlı iddia qaldırmışıq, hazırda araşdırma aparılır. Bundan başqa, orada 7-8 adamın da ərizəsi var. Rəqsanə aldatmaq yolu ilə həmin adamların pullarını mənimsəyib. Artıq onun sözlərinə reaksiya verməyəcəyik və məhkəmənin qərarını gözləyəcəyik. Adımın Rəqsanə ilə birlikdə çəkilməsindən utanıram", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.