Şou-biznes

"Şayiələr gəzir ki, Aşıq Telli ilə aramızda sevgi münasibəti olub"

19 Oktyabr 2012 16:15
0 Şərh     Baxış: 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu barədə "Qafqazinfo"ya açıqlama verən Namiq deyib ki, o Telli ilə təzə barışıb: "Mən Telli ilə təzə barışmışam. Onunla aramızda söz-söhbət oldu, amma keçdi. Şayiələr gəzir ki, güya mənimlə Telli arasında sevgi münasibəti olub. Yalan xəbərdir, mən Tellini heç vaxt sevməmişəm. Birincisi, Telli məndən 13 yaş böyükdür. Onun özünün sevənləri var, mənim öz. Mən Tellinin yalnız sənətini sevə bilərəm".

Aşıq Namiq hazırda sevgilisi olduğunu da dilə gətirib: "Mənim sevgilim var. Özü də mənim tələbəmdir. Onu 6 ildir tanıyıram. O da sazda ifa edir. Dindar qızdır, yalnız qadın məclislərinə toylara gedir".

Bu münasibəti aşıq 2013-ci illdə rəsmiləşdirməyi düşündüyünü də söyləyib: "Allah qoysa, 2013-cü ildə bu sevgi münasibətimizi rəsmiləşdirib evlənəcəyik. Hələ ki sevdiyimdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.