Şou-biznes

Tanınmış azərbaycanlı müğənniyə cadu etmək istədilər - YENİLƏNİB

19 Oktyabr 2012 17:33
0 Şərh     Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:33

Zamiq
özü bu barədə danışmaq istəmədiyi üçün yayılan xəbərə mətbuatla əlaqələndiricisi Türkan Məmmədli münasibət bildirdi: "Zamiqə bu xəbəri çatdıranda heç də şokedici reaksiya ilə qarşılaşmadı.

Özünün dediyi kimi o, belə ifrat fanatizmlə çox rastlaşıb. Hətta illər öncə bir qız bir neçə baxıcı yanına gedib evlilik cadusu etdirmişdi. Sadəcə, bu dəfə həmin xanımın 48 yaşının olması bizə təəccüblü gəldi.

Lakin qınamaq kimi fikrimiz də yoxdur. Müğənniyə olan fanat sevgisi yaşla ölçülmür. Çox istərdik ki, bu kimi hadisələr baş verməsin. Çünki Zamiq Hüseynov şəxsi həyatından şikayətçi deyil".
 
---------
14:56

Milli.Az xəbər verir ki, Azərbaycan şou-biznesində qalmaqallardan uzaq gəzib-dolaşmağa çalışan müğənni Zamiq Hüseynov cadunun qurbanı olmaqdan canını xilas edib. Daha doğrusu, bu işdə ona öncəgörücü Yeganə Zeynalova kömək edib.

"Necə?" sualını verməyə tələsməyin, bu barədə baxıcı özü sizi məlumatlandırır: "Ötən gün yanıma bir xanım gəldi. Adını deməyəcəyəm, dediyinə görə, 48 yaşı var. Subay olduğunu söylədi və məndən israrla bir şey xahiş etdi: "Nə qədər pul lazımdır, verim, elə cadu edin ki, mən müğənni Zamiqin həyat yoldaşı olum". Bu sözləri onun dilindən eşidəndə, əlbəttə ki, təəccübləndim. Və ona izah etməyə çalışdım ki, mən cadu etmirəm.

Pərişan olduğunu hiss etdirib, çıxıb getdi. Bu faktı ona görə dilimə gətirirəm ki, bu kimi insanlar mənə müraciət etməsinlər.

Mən edilən caduları təmizləməyə çalışıram. Bir də sehrli gücün xoşbəxtliyinə aldanan insanlara demək istəyirəm ki, bunlar hamısı müvəqqətidir. Allah özü insana xoş tale yazır".

Adı cadu məsələsində hallanan Zamiqin də fikrini öyrənməyə çalışırıq.

Şahin Cavadsoy
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.