Şou-biznes

Aygün Kazımovaya yeni titul verildi - FOTO

18 Oktyabr 2012 16:09
0 Şərh     Baxış: 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova İstanbuldan Vətənə əlidolu qayıdıb.

Türkiyənin nüfuzlu "Dokuz-Sekiz" şirkəti ilə əməkdaşlığını davam etdirən Aygün xanım söz və musiqisi Serdar Ortaca məxsus olan "Hayat ona güzel" mahnısının sinqlını hazırladıb.

Mahnının arajemanını Volga Tamöz edib. Maraqlısı odur ki, sinqlın üzərində müğənninin adını "VİP Aygün Kazımova" kimi yazıblar.

Xalq artistinin yeni tituluna münasibətini öyrənməyə çalışacağıq.

Şahin Cavadsoy
Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.