Şou-biznes

Gövhər Həsənzadə Elza Seyidcahanın ittihamlarına cavab verdi

18 Oktyabr 2012 13:18
0 Şərh     Baxış: 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın məlumatına görə Gövhər Həsənzadə Day.Az saytına açıqlamasında bildirib ki, Elza Seyidcahanın ittihamlarını anlaya bilmir.

"Biz bir-birimizi çoxdan tanıyırıq, bir yerdə oxumuşuq, xarici qastrol səfərlərində olmuşuq. Əgər onun mənə etirazı var idisə, bunu mənim özümə deyə bilərdi. Mənim elə səlahiyyətim olmayıb ki, kiməsə konsertdə çıxış etməyə icazə verim və ya verməyim. Həmin konsertlərdə çıxış edənlərin siyahısı artıq dəqiqləşmişdi. Əgər onun adı siyahıda yox idisə, deməli, ya mahnısı uyğun gəlmirdi, ya da başqa bir şey ssenariyə uyğun gəlmirdi. Mən başa düşmürəm ki, Elza özünü harada yad hiss edib", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.