Şou-biznes

Şakira Bakıdakı konsertindən yazdı

14 Oktyabr 2012 17:18
0 Şərh     Baxış: 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünya şöhrətli ulduz Şakira oktyabrın 13-də 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının bağlanış mərasımində möhtəşəm şou ilə çıxış etdi.

Milli.Az Trend-Life-a istinadən bildirir ki, Şakira Twitter-dəki rəsmi səhifəsində yazıb:

"Fransa millisini qızlar arasında futbol üzrə dünya çempionatındakı qələbə münasibəti ilə təbrik edirəm. Sizi səhnənin qarşısında görmək mənim üçün çox xoş idi".

Konsertdən əvvəl isə hamiləliyin 6-cı ayında olan Şakira Twitter-də yazmışdı:
"Bir neçə dəqiqə sonra bizim körpə ilə səhnədə ilk çıxışımız olacaq. Və bu məhz futbol tədbirinə təsadüf edir. Magik Shak".

Qeyd edək ki, Şakiranın dünyaya gətirəcəyi ilk övladının atası İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Xerard Pikedir. Uşağın artıq cinsiyyəti də bəllidir. Gələn ilin yanvarında Şakira ilə Pike oğlan övladlarını qucaqlarına almağa hazırlaşırlar. Ona ad da fikirləşiblər - Ulis.

Şakira həmçinin Twitter-də BMT-nin Uşaq fondunun (UNİCEF) sülhməramlı səfiri kimi Bakıda futbolçu qızlarla görüşündən də məlumatları paylaşıb.

Bu gün kolumbiyalı müğənni "Baku Crystal Hall"da möhtəşəm şou ilə çıxış edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.