Şou-biznes

İstəkdən şoka düşən müğənni Xatirə toyda dava saldı

14 Oktyabr 2012 10:28
0 Şərh     Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış müğənni Xatirə İslam toyda dava salıb. "Qafqazinfo" bildirir ki, dünən axşam Şəkidə "Şəki saray"ında baş tutan Şəki polis rəisinin oğlu Elnurun toyu yarıda qalıb.

Buna səbəb Xatirənin mahnı oxuduğu zaman ona yaxınlaşan bir oğlanın müğənnidən mikrofon istəməsi olub. Bu zaman Xatirə mikrofonu ona verib, həmin şəxs isə Xatirəyə: "Bu gün mənim ad günümdür, məni öpərsən?" - deyib.

Bu istəkdən şoka düşən Xatirə mikrofonu oğlanın əlindən tez alıb. Bu etirafdan sonra isə tərəflər arasında toyda dava düşüb. Hətta vəziyyət o qədər gərginləşib ki, dalaşan şəxslər araq şüşələrini bir-birlərinin başına vurublar. Xatirə isə toyu yarıda qoyaraq tərk edib, Bakıya qayıdıb.

Qeyd edək ki, toyda Xatirə ilə bərabər, Xumar Qədimova da iştirak edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.