Şou-biznes

İbrahim Tatlısəs barəsində şok fakt üzə çıxdı - VİDEO

13 Oktyabr 2012 15:45
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, ölkənin əsas şou-biznes xəbərləri çatdıran proqramı "ATV Maqazin"in bu axşam saat 23:00-da nümayiş olunacaq buraxılışında biri-birindən maraqlı süjetlər yayımlanacaq.

İki il öncə sui-qəsdə məruz qalan türk musiqisinin imperatoru İbrahim Tatlısəslə bağlı ilginc faktları üzə çıxaran həmkarlarımız, tamaşaçılara əsl şok yaşadacaqlar. Tatlısəsin hər kəsdən gizlətdiyi sirr bu gecə aşkar olacaq.

Real faktlar üzərində hazırlanan verilişdə daha hansı süjetləri izləyəcəyinizi sizə anons edirik:

Bəstəkar-müğənni Rəhim Rəhimli nə üçün ən yaxın dostu, estrada ulduzu Röya Ayxanın qarşısında diz çökdü?

Meyxanaçı Namiq Qaraçuxurlu müğənni Könül Kərimova ilə yenidən duet oxucayaqmı?

Üç uşaq anası olan müğənni Elnarə Xəlilova dəmir barmaqlıqlar arasında.

Bakıda qonaq olmuş tanınmış türkiyəli müğənni Selami Şahin hansı həmkarı ilə qırğına çıxdı?

Türk müğənnisi Gökçe hansı azərbaycanlı məşhurun pərəstişkarıdır?

Hansı tanınmış sənətçimiz qızının boşanması qarşılığında ev tələb elədi?

Tanınmış estrada ulduzu Ayan Babakişiyeva növbəti dəfə hamiləliyi ilə bağlı dolaşan xəbərlərə şərh verdi. Dili dinc dayanmayan müğənni hansı həmkarlarına meydan oxudu?

Bakıda qonaq olmuş dünya ulduzu Rihannanın konsertindən özəl görüntülər.

Əfsanəvi rusiyalı ulduz Larisa Dolinanı Bakı səfərində kim özündən çıxardı?

Hansı xalq artisti evinə su gəlmədiyi üçün çətin anlar yaşayır?

Sevilən ulduz Brilliant Dadaşovadan eksklüziv açıqlamalar... Şoka düşməkdə davam edəcəksiniz.

İki kişi müğənnisi Azad Şabanovla Çingiz Mustafayev arasında yenidən soyuq münasibət yaranır.

Aktrisa Mehriban Xanlarova döyülməsi faktına necə şərh verəcək? Onun başına nələr gəldi?

Bakıda qonaq olan dünya ulduzu Şakiranın özəl görüntülərini yenə də "ATV Maqazin" sizə göstərəcək.

Dolu-dolu mövzuların çözələndiyi ən reytinqli maqazin proqramını 13 oktyabr, saat 23:00-da ATV telekanalının efirində izləməyi unutmayın. Verilişin təkrarı 14 oktyabr saat 17:00-da yayımlanacaq.

Verilişin yaradıcı heyəti bunlardır: aparıcı Nərgiz Vahabqızı, redaktoru Günay Firudinqızı, reportyorları Nərgiz Əliyeva, Vüqar Kamiloğlu, montajçısı Rüstəm Firudinoğlu.

Xatırladaq ki, "ATV maqazin"in informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy
Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.