Şou-biznes

Azərbaycanın xalq artisti jurnalistlərdən küsüb

13 Oktyabr 2012 13:44
0 Şərh     Baxış: 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bunu Lent.az-a Nisə xanımın özü deyib. Xalq artistinin sözlərinə görə, daha əvvəlki kimi KİV-lərə müsahibə vermək niyyətində deyil. Nisə Qasımova buna bir çox səbəblər olduğunu deyib: "Bəzi qələm əhli, eləcə də canlı verilişlərdə, söylədiklərimin bir çoxu təhrif olunaraq, düzgün olmayan şəkildə çatdırılır.

Belə düşünürəm ki, məndən müsahibə alarkən yalnız öz prizmalarını düşünürlər. Hər zaman mənim keyfiyyətsiz fotolarımı saytda yerləşdirirlər, mənim haqqımda yazdıqlarına qeyri-ciddi yanaşırlar. Bütün bunlar məni onlardan uzaqlaşdırır.

Amma buna baxmayaraq, qələminə hörmət etdiyim şəxslər var və tezliklə onlarla görüşəcəyəm. Bu işdə mənə mətbuat katibim kömək edəcək".

Qeyd edək ki, xalq artisti uzun müddətdir, televiziya və mətbuatda görünmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.