Şou-biznes

Üç azərbaycanlı müğənni qızları divara həkk elədi - VİDEO - FOTO

13 Oktyabr 2012 13:05
0 Şərh     Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, üç istedadlı müğənni - Arzuxan, Cahid Dadaşdan ibarət olan "Cahan qrupu" yeni kliplə tamaşaçı qarşısına çıxıb.
 
Şairə Leylinin "Günlərim, aylarım" şeirinə mahnı bəstələyən qrup üzvlərinə bu ekran işi pulsuz çəkilib. Rejissoru İlkin İmanov, operatoru Taleh Mahmudov, montajçısı Rüstəm Firudinoğlu olan musiqi bütünlüklə bir məkanda görüntülənib.

Süjet xətti olmasa da, hər üç müğənni mahnının sözlərinə uyğun olaraq "aşiq" obrazı yaratmağa çalışıb. Ünvanlı tərəf-müqabili kimi onlar divara həkk olunan xanım rəsmlərindən istifadə ediblər.

Qeyd edək ki, Cavid Cavadoğlunun aranjman etdiyi mahnının, eləcə də ona çəkilən klipin ərsəyə gəlməsində "Cahan"ın prodüseri Vüsal Zeynalovun yetərincə zəhməti olub.

Şahin Cavadsoy
Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.