Şou-biznes

Sami Yusuf Məhəmməd peyğəmbərə aid klip çəkdi

13 Oktyabr 2012 13:01
0 Şərh     Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan əsilli müğənni Sami Yusuf Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturalarını çəkən təxribatçı qüvvələrə cavab olaraq animasiya versiyasında klip çəkib. Sami Yusufun mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, "İt's game" (Bu oyundur) adlı mahnı dünyanın bütün müqəddəs ənənələrini birləşdirir, sülh, sevgi, təvazökarlıq və tolerantlığın ümumi dəyərlərinin yenidən bərpa olunmasına ehtiyacın olduğunu vurğulamağa çalışır.

Peyğəmbərə həsr edilmiş mahnında Sami Yusuf bu sözlərlə bütün dünyaya səslənib: "Nə ayıbdır onların dedikləri. Bu onların hər zaman oynayacağı bir oyundur. Qoy nə demək istəyirlərsə, desinlər. Bir oyun idi bu oynadıqları. Onun (s.ə.s) kim olduğunu bilmədən təhqir etdilər. Ama həqiqətən tanıdıqca, heyranı oldular".

Qeyd edək ki, Sami Yusufun "Salaam" adlı albomu noyabrın 3-də işıq üzü görəcək. Müğənni hazırda öz musiqi şirkətini qurur. O, bütün sevənlərindən onun üçün dua etməsini də xahiş edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.