Şou-biznes

Azərbaycanlı müğənni türk rejissora 1 sutkaya klip çəkdirdi - FOTO

13 Oktyabr 2012 09:56
0 Şərh     Baxış: 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün Aysel Əlizadənin "Ulduzlar" mahnısına klip çəkilib. Türk klipmeykerləri arasında Demet Akalın, Yaşar və bu kimi sənətçilərin çox kliplərinə ekran həyatı verən Teoman adlı rejissor bu dəfə azərbaycanlı sənətçi ilə çalışdı. Onların işbirliyinə məşhur türk mahnılarının söz yazarı Ayşe Birgül Yılmaz vasitəçi olub. Çəkilişlər, demək olar ki, 2-3 saatlıq fasilə ilə bir sutka ərzində davam edib.

A.Əlizadənin mətbuat əlaqələndiricisi xəbər verir ki, onun saç düzümü və makiyajı ilə Sibel Canın, Demet Akalının dəyişməz ustası çalışıb və sənətçimizi öz yanaşmasından gözəlləşdirib.

Hazırda montaj prosesini keçən klipin kadrları ayın sonuna doğru hazır olacaq. Qeyd edək ki, klip 30 min dollara başa gəlib. Aysel heyətin işini bəyənərək, klipin mahnı qədər reytinqlərdə ön sıralarda olacağını ümid edir.

Çəkilişləri bitirib, Türkiyədə səfərini davam etdirən Ayselin gələn həftə TMB kanalında çıxışı gözlənilir. Qeyd edək ki, o, azərbaycanlı teleaparıcı Elyanənin qonağı olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.