Şou-biznes

Ayan Babakişiyevanı "Matrisa" edib beyni ilə oynadılar - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

11 Oktyabr 2012 19:22
0 Şərh     Baxış: 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:43

Milli.Az xəbər verir tanınmış estrada ulduzu Ayan Babakişiyeva paytaxt otellərinin birində sözləri Rəşad Məcidə, musiqisi Xanım İsmayılqızına məxsus olan "Məni anla" mahnısına çəkdirdiyi klipi jurnalistlərə təqdim edib.

Yaradıcılığı üzərində durmadan yeniliklər edən Ayan keyfiyyətli vizual məhsul ərsəyə gətirildiyini məmnunluqla media mənsubları ilə bölüşdü: "Aylardan bəri çəkdiyimiz zəhmət bu gün öz bəhrəsini verdi.

Yaradıcı heyətin işinə məsuliyyətlə yanaşaması məni çox sevindirir. Klip qrafika üslubunda çəkilib. Komandamıza daxil olan heyətin sayı 30 nəfərdən artıq idi. Kifayət qədər maliyyə vəsaiti xərclənsə də, qiymət açıqlamaq fikrim yoxdur. Əsas odur ki, ürəyim istəyən klipdir və tamaşaçıların da bəyənəcəyinə əminəm".

Məlumat üçün bildirək ki, rejissorları Ceyhun İbrahimoğlu, Vüqar İslamzadə olan klipdə baş rolu müğənninin özü canlandırır. Klip kompüter qrafikası üzərində ekranlaşdırılsa da, açıq hava çəkilişləri Qəbələ rayonundakı meşədə baş tutub.

Təqdimat mərasimində Ayanla birlikdə yaradıcı heyət də jurnalistlərin suallarını cavablandırdılar.

Süjet xətti olan klipdə Ayan "sevgi manyakı"olan professorun toruna düşmüş xanım obrazını yaradıb. Məşhur "Matrisa" qəhrəmanı kimi beyni idarə olunan qıza professor zorla öz hisslərini yeritməyə çalışır.

Və nə qədər müdaxilə etsə də, istəyinə çatmır. Çarəsiz "qurban" zorla məhəbbətin mümkünsüz olduğunu təkrarlayıb, dönə-dönə "Məni anla" söyləyir.

Klipin art direktoru Azər İbrahimoğlu, səs rejissoru Vüsal Həsənov, stilisti Səbinə İmanovadır.

Klip elmi-fantastika janrında çəkilib. Ayan klipdəki döyüş səhnələrini lazımi formada yerinə yetirmək üçün ona təlim keçən idmançılar, Arif Məmmədov Orxan Heydərliyə də öz minnətdarlığını bildirdi.

Tədbirin gedişatında mahnının müəllifləri olan Rəşad Məcid  və Xanım İsmayılqızı da kliplə bağlı düşüncələrini bölüşdülər və bildirdilər ki, keyfiyyətli ekran əsəri alınıb. Onlar hətta Ayanın filmlərdən birinin baş rolunu ifa etmək üçün istedada malik olduğunu vurğuladılar.

Tədbir zamanı klip çəkilişlərinin pərdəarxası məqamlarını özündə əks etdirən "making of" da nümayiş etdirildi.

Milli.Az olaraq təqdimatı bir neçə dəqiqə bundan öncə baş tutmuş "Məni anla" klipini sizə təqdim edirik.

Şahin Cavadsoy
Milli.Az 


---------
19:22

Böyütmək üçün şəkillərə klikləyin.





































---------
17:43

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.