Şou-biznes

Azərbaycanlı teleaparıcıların festival kimi toyu - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

11 Oktyabr 2012 14:06
0 Şərh     Baxış: 6 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:05

Milli.Az-ın məlumatına görə, ötən gün Lider TV-nin iki tanınmış simasının toyu əsl festivalı xatırladıb. Uzun illər nişanlı olan Murad Ülviyyə sevgi üzərində qurduqları ailənin ilk xoş günündə məclisi şənləndirmək missiyasını elə özləri ediblər.

Telaparıcı Zabir Əliyevin idarə etdiyi toyda fərqlilik bəylə gəlinin salona daxil olduqları vaxt baş verdi. Murad mikrofonla qonaqları salamlayıb: "Toyumuz efirdədir", - şüarı ilə özəl bayramlarını açıq elan etdi.

Təntənəli nikah mərasimindən sonra toyun əsas müğənnisi Elton Hüseynəliyev ən sevimli mahnılarını səbəbkarların şərəfinə oxuyub, onlara ilk musiqili xeyir-duasını verdi. Festival abu-havasına köklənən məclisə müxtəlif rəqs qrupları, tanınmış estrada ulduzları - Samir Piriyev, Sevda Yahyayeva, Elçin Cəfərov, Niyam Salami, Sima Qasımova, Ozan öz çıxışları ilə rəng qatdılar.

Toyun özəl müğənnisi olmaq isə xalq artisti Brilliant Dadaşovanın payına düşdü. Göz oxşayan xanım Dadaşova Muradla Ülviyyəyə təbriklərini ünvanlayıb, onların şərəfinə repertuarındakı seçmə mahnılarını səsləndirdi.

Lider TV-nin aparıcılarının çoxluq təşkil etdiyi toyda iki sənədli film də nümayiş olundu.
Dostları tərəfindən hazırlanan mini ekran işləri Murad və Ülviyyəyə ünvanlanan təbriklər üzərində hazırlanmışdı.
 
Hərarəti daha da yüksəldən isə DJ Çina oldu. Yerli və əcnəbi ulduzların hitlərini səsləndirən Çina gecəyə xüsusi rəng qatmağa müvəffəq oldu.

Zalın fərqli dizaynının müəllfi İbo idi. Festival sözünü də boşuna vurğulamadıq, çünki məhz onun sayəsində istər bəy-gəlin, qonaqların masaları, istərsə də rəqs meydançası xüsusi zövqlə bəzədilmişdi.

Gecə saatlarına qədər davam edən toyda gəlinin gül atma məqamı da ənənələrdən uzaq oldu. İbonun hazırladığı eksklüziv gül çələngi qızılgüllərdən ibarət idi. Və Ülviyyə rəfiqələrinə xoş olsun deyə gülləri çıxarıb, hamısını gəlin olmaq istəyən dostlarına tərəf tuşladı. Bir sözlə, şou-biznes əhli hələ belə bir xoş günə şahidlik etməmişdi. Allah mübarək eləsin!

Şahin Cavadsoy
Milli.Az

------------
14:06

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.









































































































































































Fotolar müəllifindir.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.