Şou-biznes

Tanınmış azərbaycanlı müğənni özbək və qazax ulduzlarını qonaq edəcək

9 Oktyabr 2012 20:35
0 Şərh     Baxış: 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın məlumatına görə Azərbaycanın əməkdar artisti Azərinin TRT Avaz telekanalında efirə çıxan "Azərinlə bir Avaz" verilişinin bu dəfəki qonaqlarının adları məlum oldu.

Əməkdar artistimizin Türkiyədə bu dəfə ulduz qonaqları özbəkistanlı Şerzod Ortikov və Qazaxıstanın çox populyar müğənnisi Nurcan Tolendiyev olacaqlar.

Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan sənətçisi verilişində Türkdilli dövlətlərin ortaq mədəniyyətindən söhbət açacaq. Eyni zamanda veriliş boyu Azərbaycan musiqisi barədə də qonaqlara məlumat veriləcək.

Tahirə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.