Şou-biznes

Nadir Qafarzadə Türkiyə konsertinə görə qazancından imtina etdi

9 Oktyabr 2012 19:40
0 Şərh     Baxış: 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, tanınmış estrada müğənnisi Nadir Qafarzadə gələn həftə Türkiyənin Trabzon şəhərində təşkil olunan mötəbər tədbirdə çıxış edəcək.

Əməkdaşımızla söhbəti zamanı müğənni səfəri barəsində belə məlumat verdi: "Oktyabrın 14-dən 17-nə qədər Türkiyənin Trabzon şəhərində türkdilli dövlətlərin ənənəvi qurultayı keçiriləcək. Və bu günlər ərzində hər gün bir neçə dövlətin tanınmış müğənnilərinin konserti keçiriləcək.

Təşkilatçılar məni də həmin konsertdə çıxış etməyə dəvət ediblər. İnşallah, mən ayın 16-da səhnəyə çıxmalıyam. Ona görə də 15-də Trabzona uçacağam.

Səmimi demək lazımdırsa, bu konsertə görə bir neçə qonorarlı tədbirlərdə iştirak etməkdən imtina etmişəm. Pul o qədər də vacib deyil. Türk tamaşaçılar üçün oxumağı ikinci plana keçirə bilməzdim".

Şahin Cavadsoy
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.