Şou-biznes

Azərbaycanlı müğənni ölümcül xəstəliyə düçar olub?

10 Oktyabr 2012 01:30
0 Şərh     Baxış: 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, populyar estrada müğənnisi Rüfət Axundovun ağır xəstəliyə düçar olması ilə bağlı məlumatlar yayılmaqdadır.

Sənətçinin qan xəstəliyinə, daha dəqiqi leykemiyaya tutulması deyilir. Sırf bu səbəbdən o mütəmadi olaraq özəl klinikalara gedib həkim müayinəsindən keçir.

Əməkdaşımızla söhbəti zamanı sualımızdan heyrətlənən müğənni səhhəti ilə bağlı səslənən fikirləri kökündən rədd etdi: "Bu, çox güman ki, Rüfət Axundov adlı şəxsin səhhəti ilə bağlı məlumatdır. Və məncə, tibb bacılarından kimsə tələsib bunu mediaya ötürüb. Allah göstərməsin səhhətimdən şikayətçi deyiləm. Və vaxtaşırı olaraq sağlamlığıma görə həkim nəzarətindən keçirəm. Qanım da yaxşıdır, özümü də əla hiss edirəm. Deməzdim bu, mənə düşmənçiliklə bağlı yayılan xəbərdir, sadəcə, anlaşılmazlıqdır. Əgər bu məlumata inananların sayı çoxalarsa, mən analiz verib, cavabları da jurnalistlərə göstərə bilərəm".

Şahin Cavadsoy
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.