Şou-biznes

Azərbaycanlı müğənnilərin "şok" görüntüləri üzə çıxacaq - FOTO

10 Oktyabr 2012 09:30
0 Şərh     Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Lider TV-də yayımlanan yeganə paparatsi verilişi "Fotoşok" artıq üçüncü mövsümdür ki, tamaşaçıların görüşünə gəlir.

Proqramın aparıcıları Murad ƏzimzadəNovruz Məmmədov layihələrindəki yeniliklər barəsində bunları söylədilər.

"Bir neçə tanınmış müğənninin "şok" görüntülərini əldə etmişik ki, vaxtaşırı olaraq proqramımızda yayımlayacağıq. Bəzi yeni rubrikalar da fikirləşirik ki, onlar da tamaşaçı marağına səbəb olacaq", - deyən Muradın sözlərini Novruz belə tamamladı: "Şüarımız dəyişməz olaraq qalır, biz yaxşı çəkirik. Ona görə də hər həftənin bazar ertəsi hamı "Fotoşok"u izləsin".

Qeyd edək ki, verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.