Şou-biznes

Azərbaycan şou-biznesinə daha bir rok qrup gəlir - FOTO

9 Oktyabr 2012 15:29
0 Şərh     Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"JerSu" rok qrupu Azərbaycan tamaşaçısına və dinləyicisinə bir o qədər də yaxşı tanış deyil. Amma bu, müvəqqəti haldır - qrupun gələcəklə bağlı planları çoxdur və ola bilsin, ən yaxın gələcəkdə bu qrup nəinki Azərbaycanda, o cümlədən ölkəmizin hüdudlarından kənarda da tanınsın. Niyə də olmasın? Qrupun gənc üzvləri müvəffəqiyyət qazanmaq üçün bütün keyfiyyətlərə malikdirlər- istedad, kreativlik, əməksevərlik və istək. Bir sözlə, Elliya Orucova, Alik A-Lee və Ramin Sadıqov istənilən çətinliyin öhdəsindən gəlməyə hazırdır.

- Bir qədər özünüz barədə məlumat verin...


Elliya: İxtisasca klassik pianoçuyam, 7 il fotoqraf kimi çalışmışam. Müğənniliyə təzəcə həvəs göstərməyə başlamışam və gördüyünüz kimi hazırda "JerSu" qrupunun solistiyəm. Vokal təhsilim yoxdur, amma vokalla ciddi məşğul olmaq və səs imkanlarımı inkişaf etdirmək istəyirəm.  

Alik:
Musiqi ilə lap uşaq yaşlarımdan məşğul oluram. Anam deyir ki, hələ bələkdə olduğum zaman musiqi ritmlərini tuta bilirdim. Sənət həmişə həyatımda olub, var və olacaq. Musiqi təhsilim yoxdur, amma tanınmış musiqiçilərdən on-line dərslər almışam. Gitara ifaçısı olmağıma baxmayaraq, vokalla da məşğulam. Ənənəvi şərq vokalı mənə mənəvi cəhətdən daha yaxın və maraqlıdır.

Ramin:
Artıq 15 ildir ki, musiqi ilə məşğul oluram - təbil çalıram. Bu müddət ərzində demək olar ki, bütün musiqiçilərlə işləmişəm.

- "JerSu" qrupu necə formalaşdı? Qrupun bu qeyri-adi adı necə yarandı?

Alik: Qrup yaratmaq fikri mənə aiddir. Qrupun əsasını 2008-ci ildə qoymuşam, amma həmin vaxt üzvlərimiz başqa idi. Qrupun adı "yer" və "su" sözlərindən əmələ gəlib, amma biz qrupun adını "J" hərfi ilə yazırıq. Bu, müəyyən fəlsəfədir. Mən uzun müddət türk mifologiyasını öyrənmişəm. Türk mifologiyasında Yersu adlı tanrı var. Qrupun adı üzərində 8 ay işləmişəm. İstəyirdim ki, qrupun adında Azərbaycana, Şərqə xas element olsun. Ad üzərində işləyərkən qədim türk abidələrinə də müraciət etmişəm.

- Qrupun musiqi istiqaməti rokla məhdudlaşırmı?

Alik: Mən belə deməzdim, baxmayaraq ki, biz özümüzü rok qrupu kimi təqdim edirik. Bizim öz fəlsəfəmiz var. Bu fəlsəfəyə əsasən, ruhun 4 halı var. Eləcə də bizim musiqi ruhumuzun. Ruhən nəyi hiss ediriksə, onu da ifa edirik. Amma nə gəldi ifa etdiyimizi söyləmək qeyri-peşəkarlıq olardı. Xeyr, bu, belə deyil. Biz Şərq harmoniyası və ritminin elementlərini özündə birləşdirən keyfiyyətli rok musiqisi bəstələyirik. Biz mahnıların melodiya, mətn və ideyasını incəliklərinə qədər düşünürük. Onların hər birində Azərbaycana xas olan milli element mütləq olmalıdır. Biz metall-rok ifa etmirik, istiqamətimiz tamam başqadır.

Ramin: Qərb dinləyicisi bizim musiqini daha asan qavrayacaq, çünki bu Qərblə Şərqin sintezidir.

- Bu yaxınlarda klublardan birində konsert vermisiniz - Bakı tamaşaçısı sizi necə qarşıladı?

Elliya: Haqqında bəhs etdiyiniz konsertdən əvvəl də çıxış etmişik və hər dəfə rəğbətlə qarşılanmışıq.

Ramin:
Biz kommersiya musiqisi - tanınmış dünya hitlərinin cover versiyalarını ifa edirdik. Kluba gələnlər bizə diqqətlə qulaq asır, bizmlə birlikdə oxuyur, şənlənir və rəqs edirdilər. Hələlik heç bir yerdə öz repertuarımızla çıxış etməmişik, onu heç kim eşitməyib.

- Niyə? Belə əsrarəngiz olmaq nəyinizə lazımdır?

Alik: Biz repertuarımızı təqdim etməyə hazırlaşırıq. Amma bu, adi təqdimetmə mərasimi yox, konseptual layihədir. Hələlik proqramımızı təqdim etməyə tam hazır deyilik, amma konsepsiya üzərində var qüvvəmizlə işləyirik, hər şeyi, o cümlədən milli kostyumları incəliklərinə qədər fikirləşirik. Layihəni əvvəlcə kütləvi informasiya vasitələrinə təqdim etmək, daha sonra Qərbə çıxarmaq fikrindəyik.

- Məsələn, hansı ölkəyə?

Ramin: Amerikaya aparmaq istərdik. Çünki bu musiqi növü məhz orada yaranıb.

Alik:
Əminəm ki, Ukraynada da bizi səmimi qarşılayacaqlar, bu cür musiqi onlar üçün də maraqlıdır. Musiqimizi Gürcüstan, Moskva və Sankt-Peterburqda da təqdim etmək istəyirik.

Müsahibənin ardını "OK!" jurnalının növbətisayında oxuya bilərsiniz.








Azernews Newspaper

XƏBƏR LENTİ