Şou-biznes

Tahir İmanov: "Bu şəhərdə" bizim rəqib ola bilməz"

26 Mart 2015 21:14
8 Şərh     Baxış: 7 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əməkdar artist Tahir İmanov yeni yaranan KVN komandalarından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "Bu şəhərdə"ni özlərinə rəqib görmədiyini deyib:

"Bu gün karifey sənətkarların iştirak etdiyi köhnə tamaşalara gülürəm. Bizim bu sahədə böyük keçmişimiz olub. Səhnədə olarkən Bəhramla Cabirin (aktyor Bəhram Bağırzadə və Cabir İmanov - red.) improvizələrinə gülürəm. Bizim aramızda fərq yoxdur. Aleksandr Vasilyeviç Maslyakovun məktəbini keçmişik. Biz KVN məktəbi bitirmişik, indiyədək də bu prinsiplərlə çalışırıq: mənalı zarafatlardan, yumordan, satiradan istifadə edirik. Bu gün verilişlərdə bayağı yumora çox üstünlük verirlər. Yeni komandaların bizim qədər tamaşaçını ələ alması üçün onlara mərhum Anar Məmmədxanov kimi rəhbər, Bəhram Bağırzadə kimi "frontmen" - əsas aktyor lazımdır. KVN komandasının vizit-kartı Bəhram Bağırzadədir.
 

"Bu şəhərdə" bizim rəqibimiz deyil. Bizim rəqiblərimiz Moskvada qalıb. Əvvəl konsertlərinə getmişəm, son zamanlar yox".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.