Maraqlı

Gerçək həyatda da rolunu yaşayırmış

26 Mart 2015 23:45
0 Şərh     Baxış: 2 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Emmi" mükafatlı "Mad Man" serialının qəhrəmanı, aktyor Con Hammın uzun müddətdir alkoqol asılılığından əziyyət çəkdiyi məlum olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, adıçəkilən serialda pis keçmişi və zərərli vərdişləri olan reklamçı Don Draper obrazını canlandıran aktyorun real həyatda da spirtli içki aludəçisi olduğu üzə çıxıb.

Uzun müddətdir müalicə alan 43 yaşlı Con bunu hamıdan gizlədirmiş. Aktyorun xanımı Cennifer Vestfeldt mediadan bu məsələyə həssas yanaşmağı tələb edib.

Qeyd edək ki, Con Hamm "Mad Man"də dayanmadan siqaret çəkib, içki içməsi ilə yadda qalıb. O, "Emmi" mükafatına da elə bu obrazına görə layiq görülüb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.