Şou-biznes

Azərbaycanlı müğənni: "Onlara demək istərdim ki, sənətdə böyük-kiçik yeri bilsinlər"

3 May 2012 12:39
0 Şərh     Baxış: 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu haqqda müğənni Milli.Az-a açıqlama verdi: "Mənim keçirilən musiqi müsabiqələrinə münasibətim çox yaxşıdır. Qeyd edim ki, mən özüm də Türkiyədə "Sən türkülərini söylə" musiqi yarışmasına qatılıb ölkəmi təmsil etmişəm. Amma o yarışmaya getməzdən əvvəl sənətdə az çox tanınırdım, sevilirdim. O adama halal olsun deyərəm ki, hansısa müsabiqəyə getməzdən əvvəl burda populyar ola bilsin, sevilsin.

Azərbaycan şou-biznesində təkbaşına tanınmaq, sevilmək çox çətindir. Özünüz də şahidi oldunuz ki, Türkiyənin məşhur müğənnisi, vaxtilə mahnıları dillər əzbəri olan Çelik belə, gəldi Azərbaycan şou-biznesində heç nə edə bilmədi. Loru dildə desəm, "tutuzdurmadı".

İndi hansısa müsabiqədə iştirak edib ulduz xəstəliyinə tutulan, özlərini böyük aparan gənclərimizi görəndə təəssüflənirəm. Axı sən o müsabiqəyə getməzdən əvvəl harada idin? Səni kim tanıyırdı? Nə etmişdin sənətdə? İndi heç kəsi bəyənmirlər. Ağac nə qədər bar versə, o qədər başını aşağı əyər. Gənc həmkarlarıma uğurlar arzulayıb, onlara demək istərdim ki, sənətdə böyük-kiçik yeri bilsinlər. Hərdən geri dönüb əvvələ baxsınlar, kimin əziyyəti, kimin təcrübəsi, kimin yaşı kiminkindən çoxdur, bilsinlər".

Lalə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.