Şou-biznes

Azərbaycanlı müğənni: "Əl çörəyi yeyincə, ər çörəyi yeyim"

6 Aprel 2012 09:53
0 Şərh     Baxış: 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bəzi qismi bunu gizlətməyə çalışsa da, açıq danışanları da var. Müğənni Xuraman Şuşalı da özünü biznesin bir neçə sahəsində sınamağa cəhd göstərib. Əvvəlcə atelye açmaq niyyətində olan sənətçi, işin qəlizliyini nəzərə alıb, fikrindən daşınıb. Bu dəfə o, prodakşn rəhbəri olmağa qərar verib. Müğənni ilə bu mövzu ətrafında söhbətləşərkən o, bunları dedi:

"Əslində, biznesə başlamaq üçün insanın peşəkarlardan ibarət ətrafı olmalıdır. Mən lap çoxdan biznes qurmaq istəmişəm. Marağımda atelye açmaq olub. Başladım bunun xərcini hesablamağa. Gördüm ki, büdcəm buna imkan vermir. Bir müddət sonra isə dostlarla məsləhətləşib prodakşn yaratmaq istədik. Əsas aparıcı qüvvə mən olduğum üçün sənədləşdirmə işi mənə baxırdı. O qədər sənəd məsələsi ortaya çıxdı ki, baxdım, sənətimə vaxt ayıra bilmirəm. Sonra düşündüm ki, bu, hər zaman belə olacaq. Sənətdə geriləyəcəm, ona görə bir iş haqqında düşündüm".

Dünya malında gözü olmadığını deyən Xuraman düşünür ki, bəlkə də, onu biznesə çox yaxınlaşdırmayan bu cür düşünməsi olub:

"Dünya malı dünyada qalacaq. Bütün gün çarpışım-vuruşum, qazanım. Heç kim yığdığını özü ilə aparmır. Ona görə də böyük həvəs göstərdiyim biznesi beləcə yarıda saxladım. Artıq ailəli bir xanım olaraq düşünürəm ki, həyat yoldaşım qazanacaq, mən də yeyəcəm. Məşhur bir məsəldə deyilir - "əl çörəyi yeyincə, ər çörəyi yeyim".

Zəminə         
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.