Şou-biznes

Azərbaycanlı müğənni şəxsi həyatından danışdı - FOTO

5 Aprel 2012 19:16
0 Şərh     Baxış: 1 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Stereotiplərdən azad ola bilməyən jurnalistlərin belə bir şablon sualı var: "Sənəti ailəyə qurban verərdiniz, yoxsa ailəni sənətə?" Oxumeni.az yazır ki, məsələnin bu cür qoyuluşu sovet düşüncə tərzinin fəsadlarının nəticəsidir və kökündən yanlışdır. Ən azı ona görə ki, sənətlə ailə bir-birinə zidd kateqoriyalar kimi götürülür. Sadə dildə desək, sənət mənəvi dəyərlərdən uzaq, ailə mənəviyyatına kölgə salan ünsür kimi təqdim olunur. Halbuki hər bir insan öz işinin sənətkarı olmağa çalışır və bu yolda ona mehriban ailə ortamı münbit şərait yaradır.

"Ailə gözəl şeydir, hər kəsə qismət olsun. Ailə quranda da çalışasan ki, ailəni qoruyub saxlayasan. Allah heç kimin ailəsini dağıtmasın, hamıya kömək olsun həyatda". Bu sözləri Avropa radiosunun canlı yayımında gənc müğənni Gülay Zeynalova deyib. İstedadlı xanəndə sənətlə ailənin bir-birini tamamladığını vurğulayaraq əlavə edib: "Hər bir xanım üçün xoşbəxtlikdir ki, ailə qurandan sonra həyat yoldaşının soyadını daşısın. Təbii ki, mən Qədirova idim, soyadımı dəyişib Zeynalova oldum. Baxmayaraq ki, Qədirova ilə daha çox tanınırdım bu sənətdə. Hazırda sənətdə reklam olunmaq çətindir. Ona görə də bəzi sənətçilər ailə qurur, amma həyat yoldaşının soyadını götürmür. Amma mən xoşbəxtəm ki, həyat yoldaşımın familiyasını daşıyıram". Daha sonra gənc müğənni ailə xoşbəxtliyinin sirrini açıqlayıb: "Evdə Kamilin sözü keçir. Kamilin xasiyyəti ağırdır, məni tək heç bir yerə qoymur getməyə. Sənətimə çox dəstəkdir. Aramızda fikir ayrılığı olanda çalışırıq bir məxrəcə gələk. Kamil evdə də, maşında da yalnız mənə qulaq asır".

Gülay çıxışı zamanı sənət fəaliyyətinə də toxunub: ""Xalq Ulduzu" yarışmasında on səkkiz uşaq idik, hamısı ilə münasibətimiz yaxşıdır. Mən yarışmanı altıncı tərk elədim. Çoxları elə bilirdi ki, ikinci-üçüncü tərk eləmişəm verilişi. Mənim səsim muğama çox yaxın olduğundan hər janrda oxuya bilirəm, çünki muğamın sirlərini bilirəm. Heç bir dəvətdən qalmıram, çalışıram dəvət aldığım yerə gedim. İstəyirəm "Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı"nda Leylini oynayım. Fəxri ad almaq istəyirəm. Çalışıram gözəl mahnı ifa edim, klip çəkdirim, tez-tez efirə çıxım, öz üzərimdə işləyim. Eldənizlə, Babəklə duetim olub. Səsimin tembrinə uyğun olan yeni səs olarsa, duet oxuyaram. Hər zaman da çalışacağam öyrənim".

Müsahibəsinin sonunda xanəndə bir daha romantik mövzulara toxunub: "Həyatda xoşbəxt anlar da olanda bir də görürsən ki, insan kövrəlir. Xanım ağlayanda ürəyi boşalır. Son zamanlar xoşbəxt anlarım çox olub deyə, sevinc göz yaşlarım olub. Tanrı hər şey verib mənə. Həyatda heç vaxt uduzmamışam".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.