Şou-biznes

Aygün Kazımova ilə Namiq Qaraçuxurlu Naxçıvanda birləşdilər - EKSKLÜZİV - FOTOSESSİYA

5 Aprel 2012 14:42
0 Şərh     Baxış: 5 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, populyar ulduzlarımızın Naxçıvana məlum səfəri zamanı ən yadda qalan məqamlardan biri də uzun illər musiqili meyxananın təbliğatına yönəlik layihələr gerçəkləşdirən xalq artisti, pop-diva Aygün Kazımova ilə tanınmış söz xiridarı Namiq Qaraçuxurlunun bir araya gəlmələri oldu. Əvvəlki qədər mehriban olmasalar da, bir-birinə düşmən kəsilməyən cütlük səhnədə olduqları zaman dörd duet ifa etdilər. Minlərlə tamaşaçı sevgisinin cavabı olaraq Kazımova və Qaraçuxurlu çıxışları zamanı hər şeyi unudub, əl-ələ tutmaqdan da çəkinmədilər.

Yadınızdadırsa, "hər zarafatda bir gerçək var" prinsipini rəhbər tutaraq 1 aprel zarafatı kimi onların gizlincə nişanlanması, keçmişdə olanları unutduqlarını yazmışdıq. Təəssüflə vurğulayırıq: bu birlik yalnız səhnə üçün nəzərdə tutulub və demək çox çətindir ki, xalq artisti ilə meyxanaçı arasında yenidən müsbət nələrsə cücərə bilər. İstər kulis arxasında, istərsə də qaldıqları oteldəki münasibətlərinin şahidlərindən biri kimi bu faktı qeyd etsək, versiyamızın dəqiqliyinə hansısa şübhəniz olmaz. Fanatları bu sözlərimizi oxuyub üzülsələr də, gördüklərimizi mütləq şəkildə sizinlə bölüşməli idik...

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəklə klikləyin.





































Fotolar: Şahin Cavadsoy

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.