Şou-biznes

Tanınmış azərbaycanlı model sevgilisindən ayrıldı - FOTO

5 Aprel 2012 12:38
0 Şərh     Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəbəri Milli.Az-a təsdiqləyən model fikrinin qəti olduğunu açıqlayıb:

"Arzuladığım xanımı tapmışdım. Artıq münasibətlərimiz ürəkaçan deyil. Açıq deyim ki, ayrıldıq. Mənim fikrim qətidir. Ona neçə dəfə şans verdim, dəyərləndirə bilmədi. Onunla xasiyyətimiz üst-üstə düşmədi. Halbuki məni ovsunlayan onun iç dünyası idi, gözəlliyi deyildi. Onunla uzun bir ömür yolu düşünə bilərdim. Amma bəzi nüanslar buna imkan vermədi".

Model həmin xanımın azərbaycanlı olduğunu bildirsə də, xatırlatdı ki, respublikadan kənarda yaşayır. Onun haqqında çox danışmaq istəməyən A.Atakişiyev həmin səhifəni bağladığını bildirdi.

"Əslində, mənim aləmimdə sevgilər bir-birini əvəz eləmir. Yalançı sevgilər məndən uzaqdır. Bu xanımı sevdim, ona dəyər verdim, qorudum, amma sonu ayrılıq oldu", - deyən model bundan sonrakı addımında daha diqqətli olacağını xatırlatdı.

"Əgər bir xanım mənim ürəyimcədirsə, mən ona keçici həvəs kimi baxmıram. Xasiyyətim elədir ki, tərəddüd etmədən evlənməyə qərar verə bilərəm. Toyumu da milli adət-ənənələrimizə uyğun düşünürəm. Amma gərək münasibətlərdə qarşılıqlı anlaşma olsun. Bir də tərəflər bir-birini yaxşı tanımalıdır. Sonradan peşman olmaq insan üçün həyatın pis zərbəsi deməkdir. Ona görə də bəzi ayrılıq qərarı zamanında veriləndə daha məqsədəuyğun olur", - deyə model bildirdi.

Zəminə
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.