Şou-biznes

Müğənni Suli: "Bu yaxınlarda onu təqdim edəcəm" - FOTOSESSİYA

4 Aprel 2012 10:48
0 Şərh     Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın osetin əsilli müğənnisi Viktoriya Xaçilova (Suli) Milli.Az-a verdiyi açıqlamada yaradıcılığında olan yeniliklərdən danışdı.

Müğənni neçə gündür, başının yaman qarışıq olduğunu bildirdi. Suli aprel ayının 21-i yeni diskinin təqdimatına hazırlaşır.

"Artıq mahnılarım hazırdır. İndi diskin üstündə, demək olar ki, son işlər gedir. Qeyd edim ki, bu diskdə sürprizlər olacaq. Bu səbəbdən də hər şeyi birdəfəlik demək istəmirəm. Yaz fəsli mənə ilham verdi.

Təqdimat isə mənim ad günümdə olacaq. Yəni həm ad günümü, həm də diskin təqdimatını bir gündə keçirəcəm. Bütün bunları tamaşaçılarım efirdə də görəcəklər. Bundan əlavə, klip üzərində işləyirəm. Bu yaxınlarda tamaşaçılarıma onu da təqdim edəcəm", - Suli dedi.

Türkan Nadirqızı
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.