Şou-biznes

Azərbaycanlı müğənni 71 000 avroya klip çəkdirdi - FOTO

3 Aprel 2012 18:04
0 Şərh     Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Trend Life-a istinadən xəbər verir ki, "Centlmen" klipi Türkiyədə lentə alınıb. Elnarə Xəlilova çəkilişlərə öz cibindən nə az, nə çox - düz 71 000 avro xərclədiyini bildirib. Bu, yerli müğənnilər üçün rekorddur. Bunadək ən bahalı klip xalq artisti Aygün Kazımovanın "Düşün məni" mahnısına çəkdirdiyi klip idi. Klip, A.Kazımovaya 70 000 avroya başa gəlmişdi.

"Klipin çəkilişlərində Türkiyənin Tarkan, Mustafa Sandal, Sibel Can və sair ulduzlarla işləyən ən yaxşı klipmeyker və musiqiçiləri iştirak ediblər", - deyə Elnarə Xəlilova bildirib.

Mahnının türk dilində ifa olunduğu klipdə Elnarə yeni imicdədir.

Yeni klip yerli telekanallarla yanaşı, TRT Avaz, TRT Musik, Kral, TMB və sair telekanallarda da yayımlanacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.