Şou-biznes

Aygün Kazımova, Namiq Qaraçuxurlu, Safura və Rəqsanə... - YENİLƏNİB - FOTO

3 Aprel 2012 18:25
0 Şərh     Baxış: 1 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:36

Bu axşam, yəni aprel ayının 3-də Azərbaycanın dilbər güşələrindən biri - Naxçıvan Muxtar Respublikasının mərkəzində təşkil olunacaq xalq konsertində çıxış edəcək ulduzlar artıq sözügedən şəhərə çatıblar. Onlar oteldə yerləşiblər.

Başda Azərbaycanın xalq artisti, pop-diva Aygün Kazımova olmaqla təşkil olunacaq konsertdə müğənnilər Safura Əlizadə, Rəqsanə İsmayılova, meyxanaçı Namiq Qaraçuxurlu çıxış edəcəklər. Aparıcılığını tanınmış teleaparıcı Nanə Ağamalıyevanın edəcəyi konsertdə musiqiçilər də populyarlıq etibarı ilə heç də ulduzlardan geri qalmırlar. Nanənin təqdimatında ATV-də 5 gün ərzində yayımlanan "Gün keçir" proqramınından tamaşaçılara yaxşı tanış olan pianistlər İlqar, Vüqar əkiz qardaşları, məşhur klarnet ifaçısı Hüseyn Məşədi Məhəmmədoğlu, Eyvaz Həşimov və başqalarını bu sıraya daxil etmək olar.

Hazırda oteldə istirahət edən nümayəndə heyətinin tərkibinə Aygün Kazımovanın prodüseri Tarix Əliyev (Tolik), Namiqin prodüseri Ataş Hüseynov, Rəqsanənin meneceri Sübhanə də daxildir. Safura isə Naxçıvana bacısı ilə birlikdə gəlib.

Şahin Cavadsoy
Milli.Az

---------
18:25

Böyütmək üçün şəkillərə klikləyin.
















Foto: Şahin Cavadsoy
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.