Şou-biznes

Azərbaycanlı stilist yeni aldığı mənzildən danışdı

3 Aprel 2012 01:30
0 Şərh     Baxış: 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Stilist yeni aldığı evdən də söz açıb. Milli.Az-a açıqlama verən Samir bunları deyib: "Bu vaxtadək özümə yaraşdırmamışam ki, kimsə mənə kömək etsin. Çünki əldə etdiyim hər şeyi öz sayəmdə ərsəyə gətirmişəm. Bu vaxtadək heç kimə möhtac olmamışam və olmaq fikrində də deyiləm".

Qalmaqallı stilist yeni aldığı evindən də ağızdolusu danışıb: "Yeni mənzil aldım. Nəhayət ki, mənim də evim oldu. Evi ilk aldığım gün sevincimin həddi-hüdudu yox idi. Mənzili aldıqdan sonra içəri daxil oldum və gözlərim doldu. Ancaq aldığım evə görə də heç kimdən pul istəmədim. Əsas odur ki, həyatla vuruşdum və qalib gəldim. Bunu kimsə edə bilməzdi. Ancaq mən etdim. Odur ki, hər bir insan bacarıqlı olmalıdır".

Dəniz
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.