Şou-biznes

Tanınmış azərbaycanlı rejissor həyat yoldaşına sürpriz etdi - FOTO

2 Aprel 2012 15:11
1 Şərh     Baxış: 1 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aktrisanın doğum günü Bakıdan kənarda qeyd ediləcək. Milli.Az-a danışarkən Sevinc xanım aeroporta getdiklərini açıqladı:

"Səfərə çıxırıq. Fuadla mən doğum günümü ölkədən kənarda qeyd edəcəyik. Yalnız ikimiz olacağıq. Bu, həm də özümüzə ayırdığımız iki günlük istirahət proqramıdır. Ekiz uşaqlar dünyaya gələndən sonra onların qayğısını nəzərə alıb səfərləri təxirə saldıq. İndi onları dayəyə və analarımıza etibar edib yola düşürük".

Aktrisa bildirdi ki, səfər ad günü hədiyyəsi hesab edilmir.

"Bu hər ikimizin planlaşdırdığı bir proqramdır. Yəqin ki, hədiyyəmi Fuad axşam saatlarında şam edərkən təqdim edəcək. Ötən gecə saat 12-ni keçəndə isə gül dəstəsini təqdim edib".

Sevinc xanım səfərdə sürprizlərin olacağını bildirsə də, getdikləri ölkənin adını və sürprizləri açıqlamaq istəmədi:

"Şəxsi həyatımızla bağlı yazılan yazılar bəzən xoşagəlməz şərhlərlə əhatə olunur. Bu isə ailəmi narahat edir deyə ətraflı danışmaq istəmirəm".

Zəminə
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.