Şou-biznes

Türkiyənin aktyor, modelləri və Röya - FOTO

2 Aprel 2012 15:28
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Prodüseri Kənan səfərlə bağlı Milli.Az-a məlumat verib.

"Əsas məqsədimiz klip çəkdirmək idi. Digər yaradıcılıq işlərinin davamı ilə bağlı görüşlərimiz də oldu. Röya bu klipində fərqli təqdimatdadır. Adətən kliplərində əsas rolda özünü gördüyümüz Röya bu dəfə çoxlu model və aktyorlarla çəkilib. Rejissor onu yalnız mahnının ifaçısı kimi təqdim edib. Əsas aparıcı tərəf isə qalan aktyor və modellərdir", - deyən Kənan xatırlatdı ki, klip "Unutmaq istədim" mahnısına çəkilib.

Klipin heyəti də Türkiyədən seçilib. Ssenari ilə tanışlıqdan sonra Röya komanda ilə işləməyə razılıq verib. Vaxt itirmədən yola düşən sənətçinin özü klipdə avanqard üslubda olmasa da, maraqlı və gözoxşayan bir ifaçı obrazındadır. Klipin maraqlı alınacağına ümid edən prodüser Kənan bunu peşəkar komanda ilə işlədikləri üçün əminliklə söylədiyini bildirdi.

Zəminə
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.










Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.