Şou-biznes

Azərbaycanlı sənətçi yerli şou-biznesdəki oxşarını tapdı - FOTO

2 Aprel 2012 09:30
0 Şərh     Baxış: 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mərasimlərin birində fotokameramıza tuş gələn Ceyhun yanında olan teleaparıcı Zaur Nəbioğlunu görüb, maraqlı etiraf etdi. Ceyhunun sözlərinə görə, Zaur onun gənclikdəki görünüşünü xatırladır.

"Sən mənim neçə il öncəki halımsan. Sənə baxanda gəncliyim yadıma düşür. Elə boyumuz da eynidir", - deyə Ceyhun bildirib.

Zaurun peşəsindən də söz açan skripkraçı teleaparıcı olmaq istəyini də gizlətmədi.

"Mən də teleaparıcı olardım. Bəlkə də dünyaya bir də gəlsəydim, məhz aparıcı olardım", - deyən Maestro Zauru tərif atəşinə tutmağa başladı.

Teleaparıcı isə gülümsəyərək təşəkkür etməklə kifayətləndi.

Sonda xatirə üçün şəkil çəkdirən simalar mehriban dostlar kimi sağollaşdılar.

Türkan Məmmədli
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Foto: Türkan Məmmədli
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.