Şou-biznes

Azərbaycanlı teleaparıcı: "Sevda Yəhyayeva diqqətimi çəkir..." - FOTOSESSİYA

4 Aprel 2012 09:00
0 Şərh     Baxış: 1 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gənc teleaparıcı Kamran Quliyevin Milli.Az-a müsahibəsi.

-
Sizdə incəsənətə, televiziya jurnalistikasına maraq necə yarandı?

- Xatırladım ki, ixtisasca rejissor təhsili alıram, jurnalistikaya olan marağım isə məndə aparıcı dostlarımın sayəsində yarandı. Belə qərara gəldim ki, aparıcı olmaq istəyirəm. Allaha şükür, televiziyada indi həm aparıcı, həm də rejissor olmaq mümkündür. İnanıram ki, çox maraqlı jurnalist və rejissor kimi tamaşaçılar məni gələcəkdə daha da kəşf edəcəklər. Hər şey qarşıdadır, həyat çox gözəldir (gülür).

- Gənclər həmişə təcrübəli jurnalistlərdən öyrənirlər. Siz necə?

- Təbii ki, xüsusi sevdiyim jurnalistlər var ki, onlardan bəhrələnirəm. Amma bu, o demək deyil ki, insan yalnız jurnalistdən oyrənməlidir. Müşahidə etməyi sevən insan kimi hətta taksi sürücüsündən də öyrəndiyim nə isə olub.

- Yerli və xarici aparıcılardan xoşunuza gələnlər var?

- Bilirsiniz, yerli teleməkanda bəyəndiklərim və izlədiklərim var. Qısa deyim ki, ifadəli nitqi olan və maraqlı informasiyaya üstünlük verən aparıcıları izləyirəm. Heç bir məntiqi, məqsədi, tamaşaçılara yararı olmayan verilişlərdən uzaq gəzirəm. Belə verilişlərə baxmağı vaxt itkisi hesab edirəm. Xəbərləri izləməyi isə çox sevirəm. Xarici teleməkandan Dmitriy Şepelevi izləyirəm. Maraqlı təsadüfdür ki, Şepelev də green room aparıcısı olub (gülür).

- Gənc yaşıdlarınızdan kimləri dinləyirsiniz?

- Mənim üçün müğənninin və musiqinin yaşı yoxdur. Demək olar ki, bütün musiqi janrları maraq dairəmdədir. Dinləmək isə əhvalımdan asılıdır. Amma son zamanlar Sevda Yəhyayeva diqqətimi çəkir. Təbii ki, çalışqanlığı ilə. Hətta məni konsertində heyrətləndirdi və kövrəltdi. Bu, sevincdən idi, hər əziyyət çəkən insan öz alqışını almalıdır, o da alqışsız qalmadı. Bu hər sahədə belədir (gülür).

- Heç olubmu ki, oxumaq eşqinə düşəsiniz?

- Oxumaq eşqinə düşməmişəm, amma səsim var. Bunu mənə müğənni dostlarım deyirlər (gülür).

- Xobbiniz nədir?

- Bəlkə də qəribə səslənəcək, Milli.Az-a daxil olub oradakı maraqlı məlumatlar pəncərəsini açıb xəbərləri oxumaq. Fotoqrafiya ilə də maraqlanıram, fotoqraf kimi yox, şəkil çəkməyi bacarmıram, amma ideya müəllifi kimi fantaziyam məni şəkillər çəkdirməyə məcbur edir. Bu yaxınlarda yeni fotosessia təqdim edəcəyəm, gənc xanım fotoqraf olan Müjganla ortaq işimizdir.

- Gəncsiniz, sevirsiniz, yoxsa sevilirsiniz?

- Hər ikisi həyatımda hökmranlıq edir, həyat bu hisslərsiz olmaz ki. İlk dəfə 3 yaşımda gürcü qızını sevmişəm, təbii ki, uşaq hissləri olub. Mən Əli idim, o Nino (gülür).

- Hər-hansı tədbir zamanı aparıcı olduğunuz zaman özünüzü necə ələ alırsınız?

- Təbii ki, həyəcanlı olduğum vaxtlar olub. Axı mən tamaşaçı qarşısında məsuliyyət daşıyıram. Ona görə də 3 dəfə "Bismillah" deyib efirə başlayıram. Həyəcanlı oldum-olmadım, bu, artıq xoş psixoloji ritual halına gəlib.

Əli Novruzəliyev
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





























































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.