Şou-biznes

Xalq artisti Namiq Qaraçuxurlunu bağışlamayacağını deyir

19 Mart 2012 11:22
0 Şərh     Baxış: 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, meyxanaçının Nisə Qasımovanın "zalı doldura bilmədiyi üçün konsert vermədiyini" söyləməsi xarl artistini qəzəbləndirib.

"O kimdir ki, mənim adımı çəkir? O, səhv etdiyini boynuna almalıdır. Çünki Nisə Qasımovanın kim olduğunu bilmir. Heç kimə heç nə sübut etməyə borclu deyiləm. Üstəlik, bunlar sadəcə uşaqdırlar. Hansısa meyxanaçı 40 ildir səhnədə olan müğənniyə məsləhət verirsə, kənardan bu, gülməli görünür", - deyə N.Qasımova bildirib.

Müğənninin sözlərinə görə, N.Qaraçuxurlu sonradan ona zəng edərək vəziyyəti izah edib: "Amma artıq gec idi. Mən çox səbrli insanam. Amma hər şeyin həddi var. Odur ki, Namiq məndən üzr istəməlidir".

Meyxanaçı isə xalq artistindən üzr istəmək fikrində deyil. Nisə Qasımovanı çox sevdiyini, bu üzdən ifaçıya sərt cavab vermək fikrində olmadığını deyən meyxanaçı fikrini belə davam etdirib: "Üzr istəyəcək nəsə deməmişəm. Açığı, mən hər beş dəqiqədən bir nəyə görəsə üzr istəyən insanlardan deyiləm. Bundan sonra çalışacağam ki, efirdə onun adını çəkməyim".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.