Şou-biznes

Röya sirrini etiraf etdi - FOTOSESSİYA

19 Mart 2012 10:36
2 Şərh     Baxış: 4 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın fotokamerasına tuş gələn Röya bədən quruluşuna hər zaman fikir versə də, yeməyindən də qalmır. Müğənnin dediyinə görə, o, gecə saatlarında belə rahatlıqla istədiyi qədər qidalana bilir.

Röya bir sirrini də etiraf etdi. Onun sözlərinə görə, o, soğansız yemək yeyə bilmir. Ən maraqlısı isə odur ki, soğanın qədərindən asılı olmayaraq, qoxusu heç vaxt hiss olunmur: "İnan, nə qədər soğan yesəm də, heç vaxt qoxusu gəlməyib. Nə qədər yeməyimdən asılı olmayaraq, onun qoxusunu ömür böyü heç kim hiss etməz", - deyə ulduz bildirib.

Röya daha bir açıqlama verdi. Əlini belinə qoyub, bədən ölçülərindən danışan Röya, iki kilo kökəldiyini də açıqladı: "51 kilo idim, indi 53 olmuşam. Bir-iki kilo artıb-azalanda, həmin dəqiqə hiss olunur. Ancaq onu da deyim ki, nə çox arıqlamağı, nə də kökəlməyi düşünürəm".

İndi isə iştahla yemək yeyən Röyanı siz də izləyin.

Türkan Məmmədli
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

































Foto: Türkan Məmmədli
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.