Şou-biznes

Azərbaycanın əməkdar artisti nədən utanır?

17 Mart 2012 12:22
0 Şərh     Baxış: 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni efirlərdə, konsert səhnəsində nadir hallarda görünür. Diqqət yetirsək, repertuarı da yenilənmir. Köhnə repertuarı eşidirik. Hazırda Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin tələbəsi olan əməkdar artist səhnədən sırf bu səbəbdən uzaqlaşmayıb. Onun başqa problemi də var.

Sənətçi Milli.Az-a danışır ki, sənət meydanında həddindən çox oxuyan var. Bu oxuyanların sənətdə təsadüfi olduğunu görən Aygün Bəylər onlarla bir səhnəni bölüşmək istəmir:

"Oxuyan çoxdur. Həvəskarlar isə həddindən çoxdur. Hamısı dolublar səhnəyə. Hərdən düşünürəm ki, çıxıb bir səhnədə oxumaq onlar üçün çox olar. Mən sanbalımı qoruyuram, nadir halda çıxıb ifamı göstərib, geri çəkiləcəm", - deyən Aygün Bəylərin başqa sıxıntısının da olduğunu anladıq. Müğənni repertuarını təzələmədiyinin səbəbindən danışdı.

"Olub ki, bir çox mahnılarımı dostlar, bəstəkarlar hədiyyə ediblər mənə. Hətta klip çəkdirməkdə də dost köməyinə arxalanmışam. Mənim elə bir qazanc yerim yoxdur ki, sənət ehtiyacımı rahat şəkildə ödəyə bilim. Amma indi onlardan pulsuz mahnı almağa utanıram".

Artıq əvvəlki qədər səhnəyə çıxmaq istəmədiyini deyən Aygün Bəylər ifasının tamaşaçı qəlbində xüsusi yeri olduğunu bildirdi. Böyük ürəyə sahib olduğunu bildirən sənətçi mahnılarını boğazdan yuxarı deyil, qəlbinin səsi ilə oxuduğunu diqqətə çatdırdı.

Novruz bayramını ailəsi ilə qeyd edəcək Aygün xanım təhsildən ayırdığı vaxtının qalan hissəsini qızına sərf edir. Anası ifasını sevərək dinlədiyi balaca Canın musiqi sənətinə həvəsinin olub-olmadığı haqqında danışmağın tez olduğunu bildirdi. Təhsilinə gəlincə:

"Aprelin 11-də Bakı Musiqi Akademiyasının konsert zalında bir neçə tələbənin yeni əsəri səsləndiriləcək. Proqrama mənim də yeni yazdığım əsərim daxildir. Bir kənarda oturub əsərimi musiqiçinin ifasında dinləyəcəm. Artıq özümü Üzeyir Hacıbəylinin davamçılarından biri kimi görürəm", - deyə Aygün Bəylər bildirdi.

Zəminə
Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.