Şou-biznes

Azərbaycanın qızlardan ibarət olan qrupu onları tənqid edənlər haqda - FOTOSESSİYA

19 Mart 2012 01:30
0 Şərh     Baxış: 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qızlardan ibarət "Kristall" qrupunun rəhbəri Mədinə Məlik qrupun ifa etdiyi mahnı haqda danışıb.

"Yaradıcılığımızda hələ ki yeniliklər yoxdur. Bu da "Kristall" qrupunun bu yaxınlarda ifa etdiyi yeni mahnı ilə bağlıdır. "Şorgöz" adlanan bu mahnı səs-küyə səbəb oldu. Hamı üstümüzə düşdü ki, biz kişiləri tənqid etmişik. Əslində bu, heç də, belə deyil. Sadəcə, olanı deyirik. Bu qədər tənqid etmək olmaz insanı", - Mədinə Məlik dedi.

Qrupun rəhbəri açıqlamasında "Kristall" qrupunun digər qruplardan fərqindən də danışdı.

"Qızlardan ibarət "Kristall" qrupu digər qruplardan hər zaman fərqlənib. Öncə, bu, yeganə qrupdur ki, neçə ildir öz yerini heç kimə vermir. Digər qruplar isə "Kristall" qrupundan sonra gəliblər səhnəyə. Lakin uzunömürlü olmayıblar. Hər şey göz qabağındadır.

Ümumiyyətlə, "Kristall" qrupunun qızları həmişə ağıllı və gözəl olmalarıyla seçiliblər", - Mədinə Məlik dedi.

Türkan Nadirqızı
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 

















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.