Şou-biznes

Oriental rəqqasə "şokolad"lı rəqsi ilə hansı kişi müğənnimizi coşdurdu? - FOTOSESSİYA

17 Mart 2012 09:00
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, bu axşam, yəni martn 17-də saat 21:00-da ATV telekanalında  tamaşaçılarının maraqla izlədikləri "Canlı səs" musiqili şousunun daha bir buraxılışı efirə vəsiqə qazanacaq. Meydanda canlı ifalarını göstərəcək iki populyar kişi müğənnimiz olacaq. Ayaz QasımovElvin Abdullayev teleaparıcı Mirsalam Mirsalamovun dürüst "hakim"liyi ilə qalib olmaq üçün canlı ifalarını nümayiş etdirəcək.

Çəkiliş zamanı ən maraqlı məqamlardan birini yazmaq yerinə düşər. İfalarından birinə, daha dəqiqi, yetərincə dinləyici rəğbəti qazanmış "Şokolad" mahnısına fərqlilik gətirmək üçün, Ayaz musiqiçilərinin köməyindən yararlandı. Ərəb ritmlərinin xüsusi rəng qatdığı mahnını, daha coşğulu edən isə son günlərin ən çox danışılan rəqqasəsi "Oriental Validə" təxəllüslü xanım oldu. "Şokolad"lı rəqsini nümayiş etdirən rəqqasə işinin üstündən o qədər də ustalıqla gəlməsə də, tamaşaçı alqışları təsdiqlədi ki, Qasımovun ideyası, heç də yersiz deyilmiş. Elvin isə "şousuz da pis keçinmirəm" prinsipinə sadiq qalaraq, mahnılarını biri-birinin ardınca ifa etməyə çalışdı.

Hər dəfə olduğu kimi yenə də diqqətinizə çatdırırıq ki, birincilik uğrunda yarışan sənətçilərin birini qalib etmək tamaşaçıların əlindədir. Diqqətli olub, "Canlı səs" efirdə göstərildiyi andan sənətçilərin adlarına açılacaq SMS nömrələrini gördüyünüz andan səs göndərməyiniz mütləqdir...

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



























































































Fotolar: Şahin Cavadsoy
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.