Şou-biznes

Hamiləliyin 7-ci ayını yaşayan azərbaycanlı müğənni konsert verəcək

16 Mart 2012 15:04
0 Şərh     Baxış: 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Anspress-in məlumatına görə, estrada müğənnisi "Mən Gəlirəm" adlanan konsert proqramı ilə Bakı Caz Mərkəzinin səhnəsində çıxış edəcək. 13 illik fasilədən sonra yenidən analıq sevinci yaşayacaq müğənni hamiləliyinin sonuncu aylarında olsa da, tamaşaçıları canlı ifaları ilə sevindirəcək.

Müğənni birinci ilə müqayisədə bu hamiləliyini daha çətin keçirməsinə baxmayaraq, səhnədə hər şeyi unutduğunu deyir: "Tamaşaçılar bunu mənə unutdurur, nə yaxşı səhnə var. Düşünürəm ki, evdə otursaydım, hamiləliyi daha çətin keçirərdim. Əvvəlkindən fərqli olaraq indi daha yüksək templə işləyirəm".

Müğənnini musiqiçilər Aysel Məmmədova (piano), Ruslan Hüseynov (bas-gitara), Elvin Bəşirov (zərb), Tofiq Cabbarov (perkussiya), Teymur Süleymanbəyli (saksofon) müşayiət edəcək.
24 martda reallaşacaq konsertin biletləri Bakı Caz Mərkəzində satılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.