Şou-biznes

Azərbaycanlı müğənni uğursuz nikahları haqda danışdı

16 Mart 2012 11:26
0 Şərh     Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, ifaçı yerli telekanallardan birinə açıqlamasında 2 dəfə ailə qurduğunu etiraf edib:

"Hər iki nikahım uğursuz olub və ayrılmışam. Bütün qadınlar kimi, mən də xoşbəxt ailə arzusunda olmuşam. Amma bu xoşbəxtliyi tapmamışam. Uşağım olmadığı üçün hər iki halda özüm ayrılmağa qərar vermişəm. İkinci həyat yoldaşım indiyədək geri dönməyimi istəyir. Amma daha ailə qurmaq fikrində deyiləm".

M.Musayeva qardaşının qızını övladlığa götürdüyünü və qızın onu özünə ana hesab etdiyini söyləyib: "İndi isə yalnız yaradıcılığım üçün yaşayıram. Toylarda iştirak etməklə pul qazanıram. Mənə bir çox kişi köməyini təklif edib. Amma heç kimin köməyinə ehtiyacım yoxdur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.