Şou-biznes

Bu gün Azərbaycanın əməkdar artistinin toyudur - FOTO

15 Mart 2012 14:25
0 Şərh     Baxış: 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Azərbaycanın əməkdar artisti Zaur Əmiraslanovun toyudur.

Milli.Az-a məlumatı təsdiqləyən əməkdar artist bildirdi ki, bu axşamkı toyunu elimizin adətlərinə uyğun tərzdə keçirəcək. "Ailə quracağım xanımın adı Minarədir. Teleaparıcı İdris Cəfərovun yaxın qohumudur. Amma istəmirəm ki, şəxsi həyatımızın bu əlamətdar anı mediada işıqlandırılsın. Dost kimi ürəyi istəyən jurnalist gəlib qonağımız ola bilər. Amma gəlinin fotolarının yayılmasını istəmirəm".

Müğənni Elnur Quliyevin aparıcılığı ilə paytaxt restoranlarının birində baş tutacaq toya tanınmış sənətçilər - İlqar Muradov, müğənni Röya Ayxan və başqalarının iştirak edəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, 31 yaşı olan Əmiraslanovun evlənəcəyi xanımın 21 yaşı var.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.