Şou-biznes

Azərbaycanlı öncəgörücü hamını şok edəcək - VİDEO - FOTO

16 Mart 2012 13:11
0 Şərh     Baxış: 4 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Space TV-də bu axşam, yəni martın 16-da saat 23:00-da yayımlanacaq "Yalan-Doğru" verilişinin növbəti qonağı Azərbaycanın məşhur öncəgörücüsü, el arasında baxıcı Yeganə kimi tanınan Yeganə Zeynalovadır.

Detektora bağlanaraq teleaparıcı Vüqar Hüseynovun ünvanladığı "Kiminsə falına baxıb, pul əvəzinə qızıl gətirməsini istəmisiniz?", "Danışanda barmağınızı qəribə formada tutmağınız, sizin fikrinizcə, şeytanla əlaqəyə girmək üçündür?", "Kiməsə baxıb onun həyatını həqiqətən görürsünüz, yoxsa yalan danışırsınız?" kimi suallara baxıcının hansı cavabları verdiyinin şahidi olmaq istəyirsinizsə, mütləq proqramı izləməyə çalışın.

Daha bir maraqlı faktsa Yeganə xanımın tanınmış türk müğənnisi Özcan Dənizlə dostluq münasibətlərinə növbəti dəfə aydınlıq gətirməsi olacaq.

"Yalan-Doğru"nun təkrarı gələn həftənin bazar ertəsi saat 00:30-da nümayiş olunacaq.

Qeyd edək ki, verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy
Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.














Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.