Şou-biznes

Rəqsanə Azəri Günelə şərik oldu

15 Mart 2012 11:02
0 Şərh     Baxış: 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xatırladaq ki, portalımıza açıqlama verən Günel demişdi:

"Türkiyəyə gələn bəzi sənətçilərimiz bəzi tərəflərini açıb göstərirlər". Bundan utanan Azəri Günel gileyini qardaş ölkənin yox, öz mətbuatımıza etdi. Qeyd edək ki, Türkiyə şou-biznesinə qoşulmağa iddialı olanlardan biri Rəqsanədir və o, son bir neçə ayını məhz orada tanınmağa sərf edir. Bu məqsədlə ayın müəyyən günlərini Bakıda olmur. Günelin mövqeyinə Milli.Az-da münasibət bildirən Rəqsanə onun fikrinə şərik çıxdı:

"Belə hadisələrdən mənim qulağıma çatanı olub. Tanrı bizim sənətçilərə istedad bəxş edib. Nəyə görə özümüzü səsimizlə tanıtmayaq? Şahidi olmasam da, eşitmişəm ki, bəzi sənətçilər tanınmaq üçün belə üsullara əl atırlar. Amma başa düşmürlər ki, bu, artıq Türkiyə kimi nəhəng ölkədə mahiyyətini itirib. Sonuncu səfərlərimin birində öyrəndim ki, yayda Türkiyənin müəyyən bölgələrində yay festivalları keçirilir. Açıq geyimdə gələn iştirakçılar dərhal oradan uzaqlaşdırılır. Türkiyə artıq bundan imtina etdiyi halda, bizimkilərdən kimlərsə bunun əksini edir".

Rəqsanə ona verilən şansı səsi, sənəti ilə dəyərləndirməyə çalışdığını dedi. Amma onun da problemi var. Şəxsi həyatında yaşadığı problemlər Rəqsanəni Bakını rahat tərk etməyə imkan vermir.

"Evdə iki qızım böyüyür. Onların taleyi məni narahat edir. Müqaviləyə görə, səfərim hələ bir neçə ay davam etməlidir. Lakin ürəyim evdə qalır. Qorxuram ki, mənə düşmən kəsilən bəzi insanlar onlara zərər yetirə bilərlər. Həm də bu gün öz işlərimlə paralel olaraq Aysunun açacağı moda evinin taleyi də maraqlandırır. Mən ona da dəstək olmağa çalışıram", - deyə sənətçi bildirdi.

Zəminə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.