Şou-biznes

Azərbaycanlı müğənni: "Onlara demək istərdim ki..."

15 Mart 2012 02:30
0 Şərh     Baxış: 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Al-əlvan rənglərə üstünlük verən müğənni hətta xanımlarımıza məsləhət verməkdən boyun qaçırmayıb. Milli.Az-a açıqlama verən Cəmilə bunları deyib:

"Ancaq onlara demək istərdim ki, geyindiyim paltarların hamısı brend firmalardandır. Hətta onu da deyim ki, paltomun və maşınımın rəngində eyni əşyalar da Azərbaycanda yoxdur. Məndən fərqli olaraq azərbaycanlı xanımlarımız qara rəngə üstünlük verirlər. Ancaq bu o demək deyil ki, mən də onlar kimi qaraya bürünməliyəm".

"Elit star" qara rəngdə geyinməməyinin sirrini də açıqladı: "Qara rəng mənə bədlik gətirir. Çünki illər öncə maşınım qara rəngdə idi. Ona görə də tez-tez qəzalar törədirdim. Odur ki, hər kəsə məsləhət görərdim ki, al-əlvan rənglərə üstünlük versin".

Dəniz
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.